News
03.12.2012

     Kaspian Drilinq Kompani Ltd (KDK) Azərbaycanda 6-cı nəsil yeni müasir tipli yarımbatan qazma qurğusunun tikintisinə başlayır: Azərbaycanda yeni yarımbatan qazma qurğusunun tikintisi ilə əlaqədar podryatçı seçimi üzrə tender proseduru artıq başa çatdı. Kaspian Drilinq Kompani Ltd (KDK) yeni qazma qurğusunun operatoru kimi fəaliyyət göstərəcəkdir. Yeni qazma qurğusu SOCAR (ARDNŞ) tələblərinin təmin edilməsi üçün nəzərdə tutulub. Qurğunun fəaliyyəti xüsusən Azərbaycanın “Umid” yatağı və “Babək”, “Qarabağ”, “Əşrafi” və s. kimi perspektiv strukturlarında qazma işlərinin aparılmasına yönəldilib. Yeni qazma qurğusu 8000 metrə dərinliyində olan quyuların və 1000 metrə dəniz dərinliyində qazma işlərinin aparılması üçün nəzərdə tutulub.