News
03.12.2012

    Kaspian Drilinq Kompani Ltd (KDK) İsraildə kəşfiyyat yönümlü qazma işlərinə başlayıb. 

İsrailin dəniz şelfində yerləşən “Şemen” perspketiv strukturunun istismar layihəsinin operatoru kimi fəaliyyət göstərən Kaspian Drilinq Kompani Ltd (KDK) struktur üzrə ilk kəşfiyyat quyu qazma işləri çərçivəsində fəaliyyətə başlayıb. “Şemen” perspketiv strukturu iki blokdan ibarətdir. Nəzərdə tutulmuş vaxt müddətinə görə, birinci kəşfiyyat quyunun qazılmasını altı ay ərzində bitirmək planlaşdırılır. Bundan sonra müqavilə ərazisinə daxil olan ikinci blokda yerləşən ikinci quyunun qazılması nnəzərdə tutulur. Birinci kəşfiyyat quyunun dərinliyi beş min səkkiz yüz metrə təşkil edir. KDK tərəfdaşları ilə birgə İsrailin dənizdəki “Oz” perspektiv strukturunda işlərin aparılmasına dair lisenziyaya sahibdir. Strukturda əvvəlcədən üçölçülü seysmik araşdırmalar aparılıb və hal-hazırda əldə edilmiş nəticələrin yekunlaşdırılması gələn ilin yanvar ayında nəzərdə tutulan interpretasiyası aparılır.