Şirkətimiz haqqında

Kaspian Drilinq Kompani şirkəti, Pay Bölgüsü müqaviləsinin imzalanmasından sonra, Xəzər dənizində ilk müştərək müəssisə kimi regionda qazma əməliyyatlarını həyata keçirmək məqsədilə, 1996 ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (55%) ilə Amerika Birləşmiş Ştatlarının SantaFe/GlobalSantaFe/Transocean şirkəti (45%) arasında yaradılmışdır. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Neft Strategiyasının bir hissəsi kimi “Caspian Drilling” Şirkətinə məxsus Dədə Qorqud (24.08.1996) və İstiqlal (02.09.1998) yarımdalma qazma qurğularının açılış mərasimlərində iştirak etmişdir.

Nəticədə, Amerika Birləşmiş Ştatlarinin SantaFe İnc. məhsus olan 45% Kaspian Drilling Kompani şırkəti tərəfindən 30 iyun 2009-cu il tarixində alınmışdır. Və hal hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin payına 92.44% düşür.

Şirkət yerli statusa malik olmaqla beynəlxalq standartlara uyğun fəaliyyət göstərir və əsas fəaliyyət növü seysmik kəşfiyyatın verdiyi proqnozları qazımanın nəticəsi ilə təsdiqləməkdən və sualtı masalardan istismar quyularının qazılmasından ibarətdir. 24 aprel 2011-ci il tarixində “Caspian Drilling Compay Ltd.” Mühəndislik, Texniki təmir, Avadanlıq və İşçi heyəti daxil olmaqla Dənizdə Qazma Əməliyyatlarının İdarə edilməsi üzrə ilk müraciətləri zamanı DNV (Det Norske Veritas)-dən ISO 9001:2008 Keyfiyyətin İdarə olunması Sertifikatına layiq görülmüşdür.

Şirkət Xəzərin Azərbaycan sektorunda mövcud 16 Pay Bölgüsü müqavilələrinin kəşfiyyat qazıması üzrə əsas icraçısıdır və görülən işlərin nəticəsində Azəri-Çıraq-Günəşli və Şah Dəniz yataqları kəşf edilmişdir.

Şirkətin fəaliyyət dövründə İstiqlal və Dədə Qorqud üzən qazıma qurğularından Qarabağ, Əşrəfi, Dan Ulduzu, Azəri, Çıraq, Günəşli, Şah Dəniz, Naxçıvan, Abşeron, İnam, Kürdaşı və Araz, Dəniz strukturlarında, ümumiyyətlə 14 geoloji strukturda 30 dərin kəşfiyyat quyuları, Şərqi, Qərbi və Mərkəzi Azəridə predrillinq üsulu ilə sualtı masalardan 114 yüksək inhiarlı, əyri və horizontal quyular qazılmışdır.

Qurğularda aparılan iş prinsipi beynəlxalq kadr, əməliyyat, təhlükəsizlik, təbiətin mühafizəsi və maliyyə siyasətlərinə uyğun olaraq təşkil edilmişdir. Işçilərin təlimi və yerləşdirilməsi, məhz bu siyəsətin bir hissəsidir. Işçilər arasında münasibət xarici-yerli münasibətin olmaması işdə, sağlam, mühitin yaradılmasına əməli köməklik göstərir.

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin sifarişi ilə qazılan quyular Hi-Plus kateqoriyasına görə yüksək qiymətləndirilir.