News
“Kaspian Drilinq Kompani Limited” MMC-nin növbəti nailiyyəti

“Kaspian Drilinq Kompani Limited” MMC-nin idarəçiliyi altında olan “Heydər Əliyev” 6-cı nəsil yarımdalma qazma qurğusu Xəzər dənizində ən dərin quyunun qazılması üzrə rekorda nail olmuşdur. Qazma işləri JOCAP (Joined Operating Company Absheron Petroleum - SOCAR Absheron və TOTAL E&P Absheron bərabər paylarla iştirak etdiyi birgə müəssisə) operator olduğu ABD-001 yatağında aparılmışdır.
Quyu 15 aprel 2019-cu il tarixdə saat 13:00-da 7411 metr (ümumi ölçülmüş dərinlik) dərinliyə çatmışdır. Bu, Xəzər dənizində hal-hazıradək qazılmış ən dərin quyudur.
Qazma qurğusu “Kaspian Drilinq Kompani Limited” MMC-nin rəhbərliyi altında 2017-ci ildə Xəzər tərsanəsində tikilmiş, sınaqdan keçirilmiş və qurğuya ümummilli lider Heydər Əliyevin adı verilmişdir. Hazırki quyu “Heydər Əliyev” yarımdalma qazma qurğusunun qazdığı ilk quyudur.

Əldə olunmuş böyük nailiyyətlə əlaqədar layihənin bütün iştirakçılarını səmimi qəlbdən təbrik edirik!