News
BİLDİRİŞ: Dələduz İş Təklifləri

Müəyyən şəxslərin/şirkətlərin Kaspian Drilinq Kompani Limited (CDC) adından iş elanları yayımlayaraq CDC-nin nümayəndələri və ya törəmə şirkətləri, yaxud da CDC ilə razılaşmalarının olmasını iddia etdikləri bizə məlum olmuşdur.

Kaspian Drilinq Kompani Limited:
• caspiandrilling.com-dan başqa email serverlərindən və ya domenlərindən istifadə etmir və bütün həqiqi CDC vakansiyaları və ya iş təklifləri bizim korporativ emailimiz vasitəsilə göndilir;
• işəgötürmə prosesinin hər hansı mərhələsində müraciət, emal və ya təlim haqqı tutmur. Biz bunu edən hər hansı fərdin, məsləhətçinin, agentliyin və ya təşkilatın elanlarına yaxud əməllərinə görə məsuliyyət daşımırıq.
• heç kəsə nə CDC-də iş əvəzində ödəniş almaq, nə də hər hansı maddi qarşılıq əldə etmək səlahiyyəti verməyib.

Lakin bəzən işəgötürmə prosesi peşəkar işəgötürmə agentlikləri vasitəsilə həyata keçirilə bilər. Bu zaman iş təklifi həmişə başqa üçüncü tərəflərdən deyil, birbaşa CDC tərəfindən verilir.

Nəzər alın ki,
• Birbaşa CDC tərəfindən verilməyən iş təklifi ilə bağlı hərəkət edən hər hansı şəxsə görə CDC məsuliyyət daşımır.
• Pul və ya hansısa haqq qarşılığında iş təklifi edən hər hansı şəxsə CDC tərəfindən belə səlahiyyət verilməyib və belə təklif təsdiqlənmiş işlə bağlı deyil.
• CDC belə fərdlərlə/şirkətlərlə bağlı hüquqi tədbir görmək, o cümlədən cinayət ittihamı irəli sürmək hüququnu özündə saxlayır.

Hər hansı icazəsiz, şübhəli, yaxud da aldadıcı təkliflər və ya müsahibə zəngləri aldığınız halda xahiş edirik ki, bu barədə bizim info@caspiandrilling.com ünvanımıza email yazasınız.