CDC və Norveçin Equinor

Ötən gün, 13 mart tarixində Caspian Drilling Company Ltd (CDC) və Norveçin Equinor Azerbaijan Karabagh BV (Equinor) şirkətləri arasında qazma əməliyyatlarının aparılmasına dair müqavilə imzalanmışdır. Müqaviləni CDC-nin Baş direktoru Farid Axundov və Equinor-un Regional Meneceri Favad Quraişi imzalamışlar.
Müqavilə şərtlərinə əsasən Equinor-un lahiyə əməliyyatçısı olduğu və SOCAR ilə birgə işlənməsi nəzərdə tutulan Qarabağ yatağında CDC tərəfindən iki quyu qazılacaqdır. Equinor və SOCAR Qarabağ yatağının işlənməsində üzrə layihədə bərabər paylarla yarı-yarıya iştirak edirlər.
İlk buruq Dədə Qorqud yarımdalma qazma qurğusunun reaktivasiyasından sonra qazılacaqdır. Qurğunun reaktivasiyası CDC-nin dəniz bazasında və CDC-nin mütəxəssisləri tərəfindən həyata keçiriləcəkdir. Reaktivasiyanın yekunlaşması və qazma işlərinə başlanması üçün nəzərdə tutulan tarix 2019-cu il ilin üçüncü rübüdür.

img001

img002

img003