News
Qarabağ Azərbaycandır!

“Caspian Drilling Company” müzəffər Ordumuza dəstək ifadə etmək üçün növbəti dəfə Silahlı Qüvvələrin Yardım Fonduna ianə edib.
“Caspian Drilling Company LTD” Azərbaycanın ümummilli lideri Heydər Əliyevin dəstək və təşəbbüsü ilə 1996-cı ildə SOCAR və SANTE FE şirkətlərinin birgə müəssisəsi kimi təsis edilib. 2008-ci ildə SOCAR payların əsas hissəsini əldə etdikdən sonra şirkətdə mühüm dəyişikliklər olunub. 2008-ci ildən bəri yeni rəhbərliklə milliləşmə strategiyası tətbiq edilib. Hazırda işçilərin böyük hissəsi azərbaycanlı peşəkarlardan təşkil olunmaqdadır. Bununla bərabər, şirkətdə xeyli fərqli millətlərdən olanlar da neft və qaz sənayemizin ən yaxşı nəticələrinə nail olmaq üçün birlikdə zəhmətlə çalışır. Bu baxımdan çoxmillətli şirkət olmaqdan qürur duyuruq.

Şirkət çoxmillətli kollektiv olaraq, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası məqsədilə Azərbaycanın düşməni sülhə məcbur etmək üçün başlatdığı əks-hücum əməliyyatlarını dəstəkləyir. Müzəffər Ordumuza dəstəyi ifadə etmək üçün şirkət bir müddət əvvəl Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna 17 milyon manat ianə etmişdi. Əlavə olaraq, Azərbaycanı öz evi kimi bilən çox milləti təmsil edənlərdən ibarət komanda rəşadətli Ordumuza sonsuz minnətdarlığını ifadə etmək üçün əməkhaqlarının bir hissəsini – 350 min manat ianə etməyə qərar verib.

Yaşasın Müzəffər Ali Baş Komandanımız!

Yaşasın Azərbaycan Silahlı Qüvvələri! Yaşasın Azərbaycan!

Qarabağ Azərbaycandır!