Xəbərlər | ![]() |
Novruz Bayramınız Mübarək!
18.03.25 - Kaspian Drillinq Kompani Ltd şirkəti sizi qarşıdan gələn Novruz Bayramı münasibəti ilə təbrik edir. Sizə can sağlığı və işlərinizdə müvəffəqiyyətlər arzulayır.
Sizi qarşıdan gələn Azərbaycanlıların Beynəlxalq Həmrəklik günü və Yeni İl münasibəti ilə təbrik edirik.
29.12.24 - Sizi qarşıdan gələn Azərbaycanlıların Beynəlxalq Həmrəklik günü və Yeni İl münasibəti ilə təbrik edirik. Sizə can sağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq.
Neftçilər Günü
18.09.24 - Hörmətli Neftçilər!
“Neftçilər Günü”,
“Kaspian Drilinq Kompani Ltd” şirkəti sizi ürəkdən təbrik edir,
Sizə cansağlığı və fəaliyyətinizdə müvəfvəqiyyətlər arzulayırıq.
Qurban Bayramınız Mübarək!
15.06.24 - Kaspian Drillinq Kompani Ltd şirkəti sizi qarşıdan gələn Qurban Bayramı münasibəti ilə təbrik edir. Sizə can sağlığı və işlərinizdə müvəffəqiyyətlər arzulayır.
Qurtuluş günü
14.06.24 - “Kaspian Drilinq Kompani Ltdş” Şirkəti bütün dünya azərbaycanlılarını Qurtuluş günü münasibəti ilə təbrik edir, xalqımıza firavanlıq, yeni naliyyıətlər və əminamanlıq arzu edir.
28 May - Respublika Günü
26.05.24 - “Kaspian Drillinq Kompani” qarşıdan gələn 28 May Respublika Günü münasibəti ilə Azərbaycan Xalqını Təbrik edir, can sağlığı, uzun ömür və müvəffəqiyyətlər arzulayır.
Qarabağ Azərbaycandır!
07.11.23 - “Kaspian Drillinq Kompani” qarşıdan gələn 8 noyabr, Zəfər Günü münasibəti ilə Azərbaycan Xalqını Təbrik edir, can sağlığı, uzun ömür və müvəffəqiyyətlər arzulayır.
Qarabağ Azərbaycandır!!!
Azərbaycan Neft Sənayesinin Banisi
08.05.23 - Azərbaycan Neft Sənayesinin Banisi
Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü
25.06.22 - Kaspian Drilinq Kompani Ltd şirkəti bütün Azərbaycan xalqını 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edir, Vətənin qulluğunda xidmət edən silahlı qüvvələrin bütün zabit və əsgər heyyətinə cansağlığı, xoşbəxtlik və əminamanlıq azru edir.
BİLDİRİŞ: Dələduz İş Təklifləri
19.03.22 - Müəyyən şəxslərin/şirkətlərin Kaspian Drilinq Kompani Limited (CDC) adından iş elanları yayımlayaraq CDC-nin nümayəndələri və ya törəmə şirkətləri, yaxud da CDC ilə razılaşmalarının olmasını iddia etdikləri bizə məlum olmuşdur.
Kaspian Drilinq Kompani ltd. şirkətinin bütün işçilərini 25 illik yubiley munasibəti ilə təbrik edir, sizin hamınıza şəxsi həyatınızda ən gözəl arzularımızı diləyirik.
07.09.21 - Kaspian Drilinq Kompani ltd. şirkətinin bütün işçilərini 25 illik yubiley munasibəti ilə təbrik edir, sizin hamınıza şəxsi həyatınızda ən gözəl arzularımızı diləyirik. Kaspian Drilinq Kompani ltd. şirkətinin bütün əməliyyatlarının təhlükəsiz şəkildə həyata keçirilməsində göstərdiyiniz səylərinizə və peşəkarlığınıza görə hamınıza təşəkkürlərimizi bildiririk.
Qazaxıstanın “Samruk-Kazına” Milli Rifah Fondu” Səhmdar Cəmiyyətinin və “KazMunayGaz” Milli Şirkəti Səhmdar Cəmiyyətinin nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.
03.07.21 - Aydarbayevin rəhbləriliyi altında nümayəndə heyəti ölkəmizə 1-3 iyul tarixlərini əhatə edən işgüzar səfərə gəliblər. Səfərin məqsədi “Sətti” özüqalxan üzən qazma qurğusunun təkmilləşdirilməsi ilə bağlı işlərlə tanış olmaq, eləcə də neft-qaz sahəsində birgə cari layihələrin icrası barədə müzakirələrin aparılması və gələcək əməkdaşlıq imkanlarının araşdırılmasıdır.
Qarabağ Azərbaycandır!
06.11.20 - “Caspian Drilling Company” müzəffər Ordumuza dəstək ifadə etmək üçün növbəti dəfə Silahlı Qüvvələrin Yardım Fonduna ianə edib.
Qarabağ Azərbaycandır!
10.10.20 - “Kaspian Drilinq Kompani Limited” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda apardığı haqlı mübarizəni dəstəkləmək üçün Silahlı Qüvvələrə Yardım Fonduna 10 milyon ABŞ dolları (17 milyon manat) vəsait köçürüb.
Biz zəfər çalacağıq!
Qarabağ Azərbaycandır!
Equinor Azərbaycan Qarabağ B.V.-dən təşəkkür və tövsiyə məktubu
02.04.20 - 1 aprel 2020-ci ildə Caspian Drilling Company Qarabağ yatağında KPS-4 quyusunun qazılmasının təhlükəsiz yekunlaşdırılmasına görə Equinor Azərbaycan Qarabağ B.V.-dən təşəkkür və tövsiyə məktubu almışdır.
Heydər Əliyev adına Yarımdalma Qazma Qurğusunun ilk nailiyyətləri.
17.10.19 - Heydər Əliyev adına Yarımdalma Qazma Qurğusu qazdığı ilk quyuda yüksək nəticələr əldə etmişdir.
CDC və KazMunayQaz
20.06.19 - SOCAR və KazMunayQaz Milli Şirkəti arasında 26 yanvar 2019-cu il tarixində Bakı şəhərində imzalanmış “Qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində, "Kaspian Drilinq Kompani Limited" MMC şirkətinin baş direktoru Farid Axundov və «KMG Drilling & Services» şirkətinin baş direktoru Andar Şukputov tərəfindən 16 fevral 2019-cu il tarixdə Astana şəhərində “Sətti” özüqalxan üzən qazma qurğusunun etibarlı idarəetməyə verilməsinə dair imzalanmış müqaviləyə uyğun olaraq, adıçəkilən qazma qurğusu Qazaxıstan Respublikasının Ersay limanını tərk edərək 19 iyun 2019-cu il tarixində "Kaspian Drilinq Kompani Limited" MMC-nin müasir dəniz təchizat və logistika bazasına yan almışdır.
“Kaspian Drilinq Kompani Limited” MMC-nin növbəti nailiyyəti
17.04.19 - “Kaspian Drilinq Kompani Limited” MMC-nin idarəçiliyi altında olan “Heydər Əliyev” 6-cı nəsil yarımdalma qazma qurğusu Xəzər dənizində ən dərin quyunun qazılması üzrə rekorda nail olmuşdur. Qazma işləri JOCAP (Joined Operating Company Absheron Petroleum - SOCAR Absheron və TOTAL E&P Absheron bərabər paylarla iştirak etdiyi birgə müəssisə) operator olduğu ABD-001 yatağında aparılmışdır.
CDC və Norveçin Equinor
14.03.19 - Ötən gün, 13 mart tarixində Caspian Drilling Company Ltd (CDC) və Norveçin Equinor Azerbaijan Karabagh BV (Equinor) şirkətləri arasında qazma əməliyyatlarının aparılmasına dair müqavilə imzalanmışdır.
CDC və KazMunayQaz
16.02.19 - SOCAR və KazMunayQaz Milli Şirkəti arasında 26 yanvar 2019-cu il tarixdə Bakı şəhərində imzalanmış “Qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində, "Caspian Drilling Company LTD." MMC şirkətinin baş direktoru Farid Axundov və «KMG Drilling & Services» şirkətinin baş direktoru Andar Şukputov tərəfindən 16 fevral 2019-cu il tarixdə Astana şəhərində “Sətti” özüqalxan üzən qazma quğusunun etibarlı idarəetməyə verilməsinə dair müqavilə imzalanıb.
1 2