Ön söz

Hörmətli xanımlar və cənablar,

Sizi, Kaspian Drillinq Kompani Limited (KDK Limited) – şirkətinin adından salamlayıram.
Şirkət 25 illik fəaliyyət tarixinə malik olmaqla yanaşı, Xəzər dənizində qazma sənayesi üzrə özünü lider olaraq təqdim etmişdir. “Caspian Drilling” Şirkətinin əsas işçi heyəti (yerli və beynəlxalq) qazma, geologiya, mühəndislik, dənizçilik, elektrik və mexanika sahələri üzrə universitet dərəcələrinə malik, neft və qaz sənayesi üzrə 25-35 illik beynəlxalq təcrübəyə malik olan şəxslərdən ibarətdir. Ümumilikdə, bizim şirkətdə 650 dən çox əməkdaş çalışır.
CDC Xəzər dənizi regionunda qazma əməliyyatlarını həyata keçirmək üçün Dədə Qorqud və İstiqlal yarımdalma qazma qurğuları ilə təmin edilmişdir. 2017-ci ildə CDC öz donanmasının sayını yeni inşa olunmuş Heydər Əliyev adına yarımdalma qazma qurğusu ilə genişləndirmişdir.
“Caspian Drilling” Şirkətinin kəşfiyyat qazma əməliyyatlarının nəticəsi olaraq Azəri-Çıraq-Günəşli və Şah Dəniz yataqları aşkar edilmişdir. “Caspian Drilling” Şirkətinin uğurlu əməliyyatları ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülmüş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycan və beynəlxalq şirkətlər arasında neft və qaz istehsalı sahəsində əməkdaşlığın strateji kursunun bariz nümunəsidir.
“Caspian Drilling” Şirkətinin məqsədi yalnız Xəzər Dənizi regionunda işlərini davam etdirmək və genişləndirmək deyil, həmçinin, beynəlxalq neft və qaz layihələrində iştirak etməklə özünü dünya səviyyəsində tanıtmaqdır.
Hörmətlə,



Fərid Axundov

Baş Direktor