SƏTTƏM |
Sağlamlıq və Əməyin Təhlükəsizliyi Siyasəti
“Caspian Drilling Company Ltd” (CDC) şirkəti şirkətlə və onun fəaliyyətləri ilə əlaqədar bütün işçilər üçün əsas sağlamlıq və əməyin təhlükəsizliyi siyasətini inkisaf etdirmək və onu qoruyub saxlamaq öhdəliyini üzərinə götürüb. Yüksək səviyyəli sağlamlıq və əməyin təhlükəsizliyinin təminatı Şirkətin digər dəyərləri olan ətraf mühitin mühafizəsi, əməyin məhsuldarlığı, müştəri xidmətləri və səmərəliliyi kimi dəyərləri ilə eyni əhəmiyyətə malikdir. Şirkətin digər dəyərləri ilə təhlükəsizlik arasında ziddiyyət yaranarsa, ilk öncə əməyin təhlükəsizliyinə üstünlük veriləcəkdir.
CDC Şirkəti aşagıda qeyd olunanlara sadiq qalacağını təsdiqləyir:
• Təhlükəsiz Iş Yerlərinin yaradılmasına nail olunacaq.
• Yüksək keyfiyyətli saglamlıq və əməyin təhlükəsizliyinə əməl edilməsi istiqamətində Rəhbərlik fəal istirak edəcək və bunun üçün lazım olan kifayət qədər maliyyə mənbələri və digər vasitələrdən istifadə edəcəkdir.
Təhlükəsizlik seçimlə baş verir, şansa ümid etməklə deyil.
• Nəzarətçilər bilavasitə işlədikləri və digər fəaliyyətlə bağlı bütün işçi heyətinin sağlamlıq və təhlükəsizliyini qoruyub saxlayacaqlar. Əməliyyatlarla bağlı real vəya aydın görünən təhlükəsizliyə aid fikir ayrılıgı oldugu hallarda həmişə sağlamlıq və əməyin təhlükəsizliyinə üstünlük veriləcək.
Təhlükəsizlik heç vaxt səmərəliliyə qurban verilməyəcəkdir.
• Bütün işçilər həm özlərinin, həm də digərlərinin riskli hərəkətlərini azaltmaq üçün cavabdehlik daşıyırlar. Buraya əməliyyatın təhlükəli oldugu hiss olundugu zaman “işi müvəqqəti dayandırmaq” öhdəliyi də daxildir. Işçilərin bir komanda şəklində isləməsi, Əməkdaşlıq, iştirak və bir-birinə dəstək olmaları bu siyasətin məqsəd və vəzifələrinə nail olmaq istiqamətində çox mühüm amillərdir.
Əməyin Təhlükəsizliyi işin rəhnidir.
Şirkət aşagıdakıları təmin etməyə çalışacaq:
• Sağlamlıq və əməyin Təhlükəsizliyi təşkilat daxilində və xaricində inkişaf etdirilir.
• Təhlükəsiz iş sistemləri müəyyən edilir və qəbul olunur.
• Bütün tətbiq ediləbilən normativ tələblərə uyğunluq qorunub salxanılır.
• Riskin qiymətləndirilməsinin müvafiq səviyyələri bütün fəaliyyətlərə tətbiq ediləcək.
• Informasiya mübadiləsi, təlimat, treyninq və nəzarət yolu ilə işçilərə potensial risk faktorları və görüləcək lazımi ehtiyat tədbirləri barədə məlumat verilir.
• Isçilər sağlamlıq və əməyin təhlükəsizliyi ilə bağlı tədbirlərin hamısında bütünlüklə istirak edir və fəaliyyət standartlarının təkmilləsdirilməsinə dair bütün təkliflər fəal şəkildə dəstəklənir.
• Insidentlərin (faktiki və potensial) birbaşa və baslıca səbəbləri müəyyən edilir və onların yenidən baş verməsinin qarşısını almaq üçün bu barədə məlumat çatdırılır.
Səmərəli olaraq qalmasını təmin etmək məqsədilə, lazım gəldikdə, bu siyasətə davamlı şəkildə yenidən baxılaraq düzəlişlər ediləcək.
Keyfiyyət Bəyanatı
Kaspian Drillinq Kompani biznes partnyorları və müştərilərilə uzunmüddətli və uğurlu biznes münasibətləri qurmağı qarşısına məqsəd qoyub. Bu məqsədə əsas diqqətin davamlı təkmilləşmə və müştəri məmnunluğuna yönəldilməsilə və Keyfiyyətin İdarə Edilməsi sisteminin həyata keçirilməsi yolu ilə nail olunacaq.
Kaspian Drillinq Kompaniişçi heyət, imkanlar, texnologiya və metodologiya, yaxud təhlükəsiz və ətraf mühit üçün zərərsiz avadanlıqlar da daxil olmaqla münasib qiymətli və yüksək keyfiyyətli xidmətlər, müştəri ehtiyaclarının, bütün nizamnamə və qanunların tələblərinin qarşılanmasını təmin edəcək.
Bu məqsədlə, bütün Şirkət fəaliyyətlərinin icra edildiyini və lazımı şəkildə nəzarətdə saxlandığını təmin etmək üçün hazırlanmış siyasət və prosedurlardan ibarət Keyfiyyət üzrə Təlimat hazırlanmışdır. Şirkət Rəhbərliyi bütün növ təlim, qiymətləndirmə, təsdiq, yoxlama və audit proseslərinin yüksək peşəkarlıq və texniki bacarıqla həyata keçirilməsini təmin edəcək.
Rəhbərlik işçi heyətin keyfiyyətin idarə edilməsi yönündə Şirkətin bütün hədəflərinin reallaşdırılması prosesində fəal iştirakı üçün bütün lazımı məlumat və təlimatları almasını təmin edəcək. Təşkilat daxilində hər bir şəxs bu keyfiyyət siyasətinin həyata keçirilməsinə tam şəkildə töhfə verəcək.
Şirkətin yüksək rəhbərliyi tərəfindən bütün işçilərə illik tapşırıqlar veriləcək və biz, öz növbəmizdə, fəaliyyətimizdə yüksək keyfiyyət standartlarına riayət edəcəyik. Biz əməliyyatlarımızda istifadə etdiyimiz sistemlərimizi davamlı olaraq yoxlamadan keçirir, gördüyümüz işləri qiymətləndiririk.
Bu hədəflərə nail olmaq üçün CDC, bütün işçilərin və subpodratçıların işlərə cəlb edilməsini və onlara yardım göstərilməsini təmin edəcək. CDC davamlı inkişaf mədəniyyətini sürətlə genişləndirərək Şirkət daxilində əlaqələri gücləndirəcək.